“Kəpəz” rəhbərliyi vacib iclas keçirib. İclasda klubun akademiyasında çalışan məşqçiləri sevindirən qərarlar qəbul edilib.
Belə ki, rəhbərlik mütəxəssisin maaşla bağlı olan narahatçılığını aradan qaldırıb. Daha öncə klub məşqçilərlə 10 aylıq müqavilə bağlayırdısa, indi artıq 12 aylıq sözləzləşmə imzalanıb.
Bu da məşqçilər üçün sevindirci qərardır. Çünki onlar əvvəllər 10 ay maaş alır, geridə qalan iki ayı isə pulsuz keçirirdilər.
Ancaq yeni rəhbərliyin qərarına əsasan, artıq məşqçilər ilboyu əmək haqqı ala biləcəklər.
İdmanxeber.az