AZ

Özbəkistan klubunun legioneri "Qarabağ"ın yeni transferi haqda: "Hər şey özündən asılıdır" - MÜSAHİBƏ

"Sabah"ın sabiq müdafiəçisi, hazırda Özbəkistanda "Navbahor" klubunda oynayan Hiqor Qabriel Sportal.az saytına müsahibə verib.

- Özbəkistanda işlərin necə gedir?

- Hər şey yaxşıdır. Təbii ki, daha da yaxşı olması üçün daim çalışırıq. Hazırda çempionatda 7-ci pillədəyik. Amma liderdən cəmi 6 xal geridəyik. Komandalar arasında xal fərqi çox deyil. 

- Maraqlıdır, son vaxtlarda heç Azərbaycan klublarından təklif almısan?

- Xeyr. Azərbaycan klublarından təklif almamışam. İndi Özbəkistandakı karyerama fokuslanmışam. 

- Sabiq komandan olan “Sabah”ın çıxışını indi izləyirsən?

- Təbii ki, bu komandada oynamışam və ara-sıra nəticələrə baxıram. Amma düzü, oyunlara baxmıram. 

- Hər halda, yəqin ki, "Sabah"ın iddiasından xəbərin var. Səncə, onlar bu mövsüm çempion ola biləcəklər?

- Bəli, klubun iddialı olduğunu bilirəm. Amma çempion olub-olmayacaqları barədə bir şeyə deyə bilmərəm. Azərbaycan futbolunu çox da yaxından izləmirəm.

- Azərbaycan və Özbəkistan liqaları haqda məlumata sahibsən. Hansı çempionatı daha güclü hesab edirsən?

- Bəli, müqayisə apara bilərəm. Mən təəssüf ki, Azərbaycanda az oynadım. Ancaq Özbəkistanda daha çox oynayıram. Fikrimcə, burada daha da güclüyəm. 

- Bildiyim qədərilə, “Qarabağ”ın yeni transferi Dani Bolt keçmiş komanda yoldaşındır, onunla birlikdə “Fluminense”də oynamısan....

- Bəli, bəli. Boltla birlikdə oynamışıq, bir-birimizi yaxşı tanıyırıq.

- Necə düşünürsən, “Qarabağ”ın yeni ulduzu ola bilər?

- Bu, Boltun özündən asılıdır. Mən onun haqda yalnız xoş sözlər deyə bilərəm. Dani xüsusi oyunçudur və ən yaxşı performans göstərə bilər. Onu təbrik edirəm və uğurlar arzulayıram.

- Yenidən Azərbaycana qayıtmağın realdır? 

- Əlbəttə ki, mümkündür. Sabah necə olacağını heç kim bilmir. Mən hazırda “Navbahor”dakı karyerama fokuslanmışam. 

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Seçilən
17
3
sportal.az

4Mənbələr