AZ

İstilik pik həddə çatdı: Bakı 40°, Naxçıvan 41°!

Dogru.az saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda avqustun 3-də müşahidə olunan isti hava dalğası pik həddə çatıb.

Doğru.az xəbər verir ki, Bakı və Abşeronda havanın temperaturu 40 dərəcəyə, Naxçıvanda isə 41 dərəcəyə qədər yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sakinləri ciddi ehtiyatlı olmağa çağırır.

Qurumun açıqlamasına görə, isti hava dalğası qarşıdakı günlərdə də davam edəcək. Günorta saatlarında açıq havada uzun müddət qalmaq, fiziki fəaliyyət və birbaşa günəş şüasına məruz qalmaq sağlamlıq üçün təhlükə yarada bilər.

Həkimlər və mütəxəssislər əhalini günün ən isti saatlarında evdə qalmağa, bol su içməyə və qoruyucu vasitələrdən istifadə etməyə çağırırlar.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
dogru.az

2Mənbələr