AZ

Foreign Policy: Rusiya təkcə fiziki deyil, həm də idrak müharibəsi aparır...

Moskva qərarları və düşüncə tərzini dəyişdirməyə yönəlmiş informasiya silahlarından istifadə edir...

Poliqon xəbər verir ki, Foreign Policy jurnalı Rusiyanın Ukraynaya qarşı müharibəsinin təkcə hərbi yox, həm də idrak (koqnitiv) müharibəsi xarakteri daşıdığını yazıb. Nəşrə görə, Rusiya bu müharibə vasitəsilə düşmənin düşüncə tərzinə, qərarlarına və hərəkətlərinə təsir göstərməyə çalışır.

Qeyd olunur ki, bu strategiyadan yalnız Rusiya istifadə etmir — Çin, İran və Şimali Koreya da ABŞ-a qarşı oxşar metodlardan getdikcə daha çox istifadə edir. Lakin məqalədə bildirilir ki, Rusiya bu sahədə xüsusilə ustalıq nümayiş etdirir: Ukraynaya qarşı müharibədə, Qərbin qərarlarına təsir göstərməkdə, Putin rejimini qorumaqda və ölkənin zəif cəhətlərini gizlətməkdə bu üsuldan geniş şəkildə yararlanır.

Kognitiv müharibə təkcə taktiki səviyyədə dezinformasiyanın yayılması deyil. Rusiya bu məqsədlə media platformaları, beynəlxalq konfranslar, diplomatik kanallar və fərdi şəxslər də daxil olmaqla müxtəlif vasitələrlə formalaşdırdığı narrativləri istifadə edir.

Bu müharibənin əsas məqsədi isə düşmənin iradəsini sarsıtmaq və onu passivləşdirməkdir. Məqalədə deyilir ki, Rusiya öz maraqlarına nail olmaq üçün digərlərinin daha az hərəkət etməsini istəyir.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr