ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın “İnter Mayami” futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqa Kubokunun Meksikanın “Nekaks” komandası ilə ev oyununda zədələnib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.
ABŞ-ın “İnter Mayami” futbol klubu Liqa Kuboku çərçivəsində Meksikanın “Nekaksa” komandası ilə keçirilən oyunda penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Lakin matçın nəticəsindən çox, komandanın ulduz futbolçusu Lionel Messinin zədələnməsi gündəmə damğa vurub. Messi artıq oyunun 11-ci dəqiqəsində zədə alaraq meydanı tərk edib.
Argentinalı hücumçunun zədəsinin nə dərəcədə ciddi olduğu hələlik bəlli deyil. Bu hadisə Mayami təmsilçisinin turnirdəki ümumi uğuruna kölgə salıb.
Qeyd edək ki, Messinin 38 yaşı var, 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Ötən mövsüm futbolçu MLS-in müntəzəm çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu kimi tanınıb.
Onun klubla müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.