AZ

Ruben Amorim: “Mançester Yunayted”in əla komandası var”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın əla heyətə malik olduğunu vurğulamısı ilə diqqət çəkib.

Arena.az “Mançester Yunayted”in mətbuat xidmətində istinadən, 40 yaşlı portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Bizim əla komandamız var. Cari heyətdən biz daha da atığını əldə edə bilərik. Mateus Kunya və Brayan Mbömonu (Mbömo) daha yaxşı öyrənmək üçün bizim apardığımız iş son dərəcədə vacib idi, axı onlar məhz bizim tapmaq istədiyimiz kəslər – yaxşı insanlar və futbolçulardır.

Komanda – mənim işimin təcəssümüdür, ona görə də mən, yaxşı nəticəmiz olduqda xoşbəxt olduğumdan daha artıq xoşbəxt ola bilmərəm. Oğlanlar bütün güc-qüvvələrini verirlər – bu, ən əsasıdır. Heyətin müəyyənləşdirilməsində mən əminliklə fəaliyyət göstərmişəm, axı nə etmək gərək olduğunu bilirdim, həm də bizə hansı heyətin gərək olduğunu bilmək üçün dəqiq təsəvvürümüz vardı”, deyə Ruben Amorim vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm “Mançester Yunayted” üçün ən uğursuz dövrlərdən biri kimi tarixə köçüb. “Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında 15-ci olublar, Avropa Liqasının finalında isə “Tottenhem”ə uduzublar (0:1).

Seçilən
12
arena.az

1Mənbələr