AZ

Azərbaycanın məşhur atleti ana olub FOTO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın məşhur atleti (çəkicatma), Dördqat Olimpiya iştirakçısı Anna Skidan ana olub.

İdman.biz xəbər verir ki, yeni doğulmuş körpəyə Arina adı verilib.

Uşağın çəkisi 3,5 kq, boyu 54 sm-dir.

Qeyd edək ki, Anna Skidan 2015-ci il Universiadasının, 2017 və 2021-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi, 2016-cı il Avropa çempionatının bürünc mükafatçısıdır. O, Azərbaycanı 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında və 2016-cı ildə Rio-de-Janeyroda təşkil edilən Olimpiya Oyunlarında təmsil edib. Skidan 2023-cü ilin dekabrında Azərbaycan idmanına xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
66
3
icma.az

5Mənbələr