Premyer Liqanın debütantı “Karvan Yevlax” daha bir futbolçusu ilə müqaviləni uzadıb. Msport.az xəbər verir ki, İbrahim Qədirzadə ilə anlaşmanın müddəti daha 1 il uzadılıb.
Yarımmüdafiəçi ötən mövsüm “Karvan”ın heyətində I Liqada 25 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə verib.