AZ

Suriyada SDF ilə hökumət qüvvələri arasında toqquşma baş verib

Menbic ətrafında raket atəşi nəticəsində 7 nəfər yaralanıb...

Poliqon xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyi ölkənin şimalında yerləşən Manbic şəhəri yaxınlığında ötən gecə “Suriya Demokratik Qüvvələri”nin (SDF) döyüşçüləri tərəfindən raket hücumu həyata keçirildiyini bildirib. Hücumun səbəbi hələlik məlum deyil.

Nazirliyin məlumatına görə, atəş nəticəsində 4 suriyalı hərbçi və 3 mülki şəxs yaralanıb. Hərbi qurum həmçinin qeyd edib ki, hücum zamanı istifadə olunan reaktiv yaylım atəş sistemi və sahə topu müəyyən edilib. Suriyalı hərbçilər həmin atəş nöqtələrini cavab zərbələri ilə susdurublar.

Qeyd edək ki, Suriyanın şimalında son vaxtlar gərginlik artmaqdadır və bu kimi insidentlər bölgədəki sabitliyə ciddi təhdid yaradır.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr