Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən "Karvan" transferlərdən başqa, heyətini də qorumağa çalışır.

Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi İbrahim Qədirzadə ilə müqavilə uzadıb. O, daha bir mövsüm burada çıxış edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İ.Qədirzadə ötən mövsüm "Karvan"ın heyətində 25 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.