Yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarda ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynin köməkçisi Qisleyn Maksvell digər məhbusların təhdidləri və ittihamları səbəbindən digər həbsxanaya - az ciddi rejimli müəssisəyə köçürülüb.
Moderator.az bildirir ki, bu barədə "The Daily Mail" qəzeti mənbələrə istinadən məlumat verib.
Bildirilir ki, Maksvell hökumət nümayəndələri ilə danışmağa başlayan kimi, Tallahassidəki digər məhbuslar onu "xəbərçi" sayıblar.
Onun iyulun 31-də Texas ştatında qadınlar üçün daha az ciddi rejimli həbsxanaya köçürüldüyü qeyd edilir. Keçən həftə Maksvell ABŞ baş prokurorunun müavini ilə bir neçə dəfə görüşüb.
Qeyd edək ki, 2022-ci ildə Nyu York məhkəməsi Böyük Britaniya vətəndaşı olan Maksvelli yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 il həbs cəzasına məhkum edib. Britaniyalı qadın Epşteyn ilə yaxın münasibətdə olub.