AZ

Kamçatkada güclü ZƏLZƏLƏ: Üç rayona sunami xəbərdarlığı verilib

Rusiyanın Kamçatka diyarında 6.8 maqnitudalı afterşok qeydə alınıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin yerli bölməsi “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 25.9 km dərinlikdə olub, episentri isə öz növbəsində Petropavlovsk-Kamçatskdan 279 km aralıda yerləşib.

İlkin məlumata görə, Petropavlovsk-Kamçatskda yeraltı təkanların intensivliyi dörd bal olub.

Afterşokdan sonra Kamçatkanın üç rayonuna hündürlüyü 19 sm-ə qədər olan sunaminin yaxınlaşması mümkündür.

Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb.

Seçilən
28
5
editor.az

6Mənbələr