AZ

İsrailli ravvin Qəzzada uşaqları aclıqdan öldürməyi tələb edib

Ravvin Ronen Şaulov Qəzza uşaqlarını gələcək terrorçu adlandırıb və onları acından öldürməyi doğru hesab edib...

Poliqon xəbər verir ki, israilli ravvin Ronen Şaulov Qəzzadakı bütün uşaqların aclıqdan ölməli olduğunu deyib. 

Şaulovun sözlərinə görə, Qəzzada “günahsız” insan yoxdur və hər bir uşaq gələcəkdə terrorçuya çevriləcək. Ravvin bu fikrini Bibliyadakı Amalek hekayəsinə istinadla əsaslandırıb.

“Bütün Qəzza və oradakı hər bir uşaq aclıqdan ölməlidir”, deyə Ronen Şaulov açıq şəkildə bildirib. İsrail din xadimi bu çağırışı ilə fələstinlilərə qarşı kollektiv cəzalandırma təbliğatı apararaq, uşaqları öldürməyi də istisna etməyib.

Şaulovun bu açıqlamaları beynəlxalq ictimaiyyət tərəfindən kəskin reaksiya ilə qarşılanıb və insan hüquqları təşkilatları onun ifadələrini nifrət çağırışı kimi qiymətləndiriblər. İsrailin müxtəlif dini və siyasi çevrələrində də bu bəyanat tənqidlə qarşılanıb, bəzi ekspertlər belə çıxışların İsrailin beynəlxalq nüfuzuna ciddi zərbə vurduğunu bildiriblər.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr