AZ

“Krokus” terroru ilə bağlı yeni detal: ölənlərin yarısı...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Moskva vilayətindəki “Krokus Sity Holl”da törədilən terror aktı qurbanlarının demək olar ki, yarısı konsert zalında baş verən yanğında həlak olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Sənədlərə əsasən, 149 nəfərdən 70-ə yaxını təhlükəli yanğın amillərindən dünyasını dəyişib, onlarda güllə və ya başqa hər hansı yara yox idi. Ölüm səbəbi karbonmonoksit intoksikasiyası ilə birləşən termal inhalyasiya travması (yuxarı tənəffüs yollarının yanığı) olub. Qalanları güllə yaralarından ölüblər və ya onların ölüm səbəbini müəyyən etmək mümkün olmayıb”, – deyə bildirilib.

Həmçinin oxuyun:

Putin Vüqar Hüseynovu ölümündən sonra təltif etdi – VİDEO

Materiallarda konsert salonuna gələn 2000-ə yaxın ziyarətçinin təhlükə altında olduğu qeyd edilib:

“Terror aktı nəticəsində “Krokus Sity Holl” binasına gələn azı 1971 nəfər ölüm təhlükəsi ilə üzləşib, lakin onlar heç bir bədən xəsarəti almayıblar. Bu insanların təxminən 1700-ü sonradan tibbi yardıma müraciət etməyib”.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Krokus Sity Holl” konsert zalında baş verib. “Piknik” qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfər həlak olub. İŞİD terrorun məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi “terror aktı” maddəsi üzrə cinayət işi açıb. Hadisə ilə bağlı ondan çox şəxs saxlanılıb.

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr