AZ

Epsteynə yardımda təqsirləndirilən Maksvell təhdidlərdən sonra başqa həbsxanaya köçürülüb

Amerikalı maliyyəçi Ceffri Epsteynə kömək etməkdə günahlandırılan Qisleyn Maksvell digər məhbuslardan ölüm təhdidi aldıqdan sonra başqa həbsxanaya köçürülüb. Onu satqın hesab edirdilər.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

"Qatillər onu "satqın" olduğu üçün ölüm təhdidləri ilə hədələdikdən sonra Maksvell gecə yarısı başqa həbsxanaya köçürülüb", - məqalədə bildirilib.

Maksvellə qarşı təhdidlərin onun müstəntiqlərlə danışdıqdan və onların yeni suallarını cavablandırmasından sonra başlandığı qeyd olunur.

Seçilən
35
5
report.az

6Mənbələr