AZ

"Crocus City Hall"da terror aktı qurbanlarının yarısı yanğından həlak olub

2024-cü ildə Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı qurbanlarının təxminən yarısı orada baş vermiş yanğından ölüb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə TASS-ın sərəncamında olan cinayət işinin materiallarından məlum olur.

Sənədlərə əsasən, 149 nəfərdən 70-ə yaxını yanğının fəsadları nəticəsində dünyasını dəyişib, onlarda güllə yaraları və ya hər hansı bir digər xəsarətlər qeydə alınmayıb.

Digər şəxslər aldıqları güllə yaralarından həlak olublar, bəzilərinin isə ölüm səbəbini müəyyən etmək mümkün olmayıb.

Seçilən
2
demokrat.az

1Mənbələr