AZ

Qəzzada Qızıl Xaç əməkdaşı İsrailin hava zərbəsi nəticəsində həlak olub

İsrailin Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhərinə endirdiyi hava zərbəsi nəticəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Fələstin ofisinin bir əməkdaşı həlak olub, daha üç nəfər yaralanıb. Bu barədə Komitənin yaydığı rəsmi məlumatda bildirilib.

BQXK hadisənin təşkilatın Xan Yunisdəki mənzil qərargahı yaxınlığında baş verdiyini təsdiqləyib və zərbənin dəqiq səbəbi ilə bağlı əlavə araşdırmaların aparıldığını qeyd edib.

Komitə bildirib ki, hücum zamanı ölən və yaralananlar mülki şəxslər olub və bu cür insidentlər beynəlxalq humanitar hüququn ciddi pozuntusu kimi qiymətləndirilə bilər.

BQXK beynəlxalq ictimaiyyəti və münaqişə tərəflərini mülki şəxslərin, eləcə də humanitar işçilərin müdafiəsinə riayət etməyə çağırıb.

Seçilən
25
anews.az

1Mənbələr