AZ

Sən kimə lazımsan? Rəqsanə od püskürdü

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Bəsdir, öz müğənnilərimizin qədrini bilin, qiymət verin. Səsimizə, sənətimizə nə olub? Türkiyədə təzə yumurtasından çıxanı niyə başımıza mindirirsiniz?!”.

Globalinfo.az xəbər verir ki, bunu müğənni Rəqsanə İsmayılova Bakıda konsert verməkdən imtina edən türkiyəli müğənni Rza Tamer haqda danışarkən deyib.

O, bu barədə sosial media hesabında paylaşım edib.

“Niyə onlara “pul yedizdirirsiniz?” Həmin müğənnilər də “Azərbaycana gəlmişəm, burda türk lirəsi istifadə olunmur deyə konsert vermirəm” deyir. Sən kimə lazımsan? Səni gətirən də elə sənin ağlındadır. Heç sənin kim olduğunu tanımırıq. Günah odur ki, öz qədrimizi bilmirik! Müğənni gətirəndə bilin ki, kimi gətirirsiniz. Niyə pulu özümüzkülərə xərcləmirik?”.

Qeyd edək ki, Bakıda keçiriləcək konsert üçün ölkəyə gələn türkiyəli müğənni Rza Tamerin səhnəyə çıxmamaq qərarı sosial mediada böyük rezonans doğurub. Müğənni açıqlamasında səhnəyə çıxmama səbəbi kimi Azərbaycanda Türkiyə lirəsinin qəbul edilməməsini göstərsə də, konsertin keçirilməsi üçün əvvəlcədən ödənişin dollarla həll olunduğu bildirilib.

Leyla Əlisoy

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr