Soçidə neft bazasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib, yanğın olub.
Modern.az-ın xəbərinə görə, bu barədə regionun qubernatoru Veniamin Kondratyev Telegram-da paylaşım edib.
Qeyd edilib ki, Ukraynanın PUA zərbəsi nəticəsində "Rosneft-Kubannefteprodukt" neft bazasında həcmi 2000 kubmetr olan anbarda yanğın olub.