AZ

GÜCLÜ ZƏLZƏLƏLƏR DAVAM EDİR - DAHA BİR ÖLKƏ SİLKƏLƏNDİ

Meksikanın cənubundakı Oaxaka ştatında 5,9 bal gücündə zəlzələ baş verib.



Referans xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.



"5,9 bal gücündə zəlzələ. Yer: Oaxaka ştatının Tlakolula şəhərindən 13 kilometr şərqdə. Vaxt: 2 avqust 2025-ci il, saat 11:58. Dərinlik - 74 kilometr", - məlumatda deyilir.



İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində xəsarət alan olmayıb, dağıntı yoxdur.



Dövlət orqanları mümkün zərəri qiymətləndirir.

Seçilən
64
3
referans.az

10Mənbələr