Saglamolun portalından verilən məlumata əsasən, ain.az bildirir.
ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Taypey Tibb Universitetinin alimləri süni şirinləşdiricilərin uşaqlarda erkən cinsi yetkinliyə səbəb ola biləcəyini açıqlayıb. Tədqiqat nəticələrinə əsasən, bu maddələrin xüsusilə 8–9 yaşdan etibarən uşaqlara təsiri müşahidə olunub.
Araşdırmada 1 407 yeniyetmə iştirak edib və onlardan 481-də erkən pubertet (yeniyetməlik) əlamətləri aşkarlanıb. Alimlər bu halların sukraloza, aspartam və qlitsirizin kimi maddələrin qəbuluyla əlaqəli olduğunu müəyyən edib. Bu birləşmələr əsasən az şəkərli məhsullarda — qazlı içkilər, saqqızlar və konservləşdirilmiş qidalarda istifadə olunur.
Tədqiqat göstərib ki, sukraloza xüsusilə oğlan uşaqlarında, digər iki maddə isə əsasən qızlarda erkən yetkinlik riskini artırır. Genetik meyilliliyi olan uşaqlarda bu risk daha yüksəkdir.
Xatırladaq ki, erkən yetkinliyin fiziki olduğu qədər psixoloji fəsadları da kifayət qədərdir. Məhz buna görə də övladlarınızı bu cür süni şirinləşdiricilərdən uzaq tutmağınız tövsiyə olunur.
Saglamolun.Az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.