AZ

Tibb işçilərinə hücum edənlərə 15 illik həbs

Saglamolun portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

CİNAYƏT MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLƏCƏK 

Tibb işçilərinə qarşı zorakılıq halları ilə bağlı Cinayət Məcəlləsinə yeni dəyişikliklərin ediləcəyi açıqlanıb. Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova dəyişikliklərə əsasən, tibb işçilərinin hüquqlarının qorunması məqsədilə cəzalar tətbiq olunacağını bildirib.  

Əgər tibb işçisinə qarşı zorakılıq hədəsi səsləndirilibsə və bu fakt sənədləşdirilibsə, həmin şəxsə iki ilə qədər azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunacaq. 

Əgər tibb işçisinə fiziki zorakılıq tətbiq olunarsa, hücum edən şəxs iki ildən yeddi ilə qədər azadlıqdan məhrum ediləcək. 

Zorakılıq fövqəladə vəziyyət şəraitində baş verərsə, cəza müddəti on ilə qədər artırılacaq. 

Əgər təhdid bir neçə tibb işçisinə qarşı yönəlibsə, bu zaman hücum edən şəxsə on beş ilə qədər həbs cəzası veriləcək. 

“Bu, tibb işçilərimizin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər adekvat tədbirlərdir. Sentyabr ayında müvafiq düzəlişlər parlamentə təqdim ediləcək.” deyə nazir vurğulayıb.

Saglamolun.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
saglamolun.az

1Mənbələr