ABŞ-nin “İnter Mayami” futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqalar Kubokunda “Nekaksa” (Meksika) komandasına qarşı ev oyununda zədələnib.
Viral.az TASS-a istinadən xəbər verir ki, argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib.
Matçdan sonra “İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano bildirib ki, Messi dizaltı vətərində ağrı hiss edib.
Son Yazılar:
Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır.