AZ

Messi zədələndi

“İnter Mayami”nin hücumçusu Lionel Messi MLS Liqa kuboku çərçivəsində “Nekaksa” ilə oyunda zədələnib. Msport.az xəbər verir ki, argentinalı futbolçu 11-ci dəqiqədə əvəzlənib.

Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Oyunsonrası penalti zərbələrini Mayami təmsilçisi daha dəqiq yerinə yetirib – 3:2.

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Messinin zədəsindən danışıb: “Biz zədənin nə dərəcədə ciddi olduğunu bu gün biləcəyik. Lakin zədə çox da ciddi olmaya bilər. Çünki Leo ciddi ağrı hiss etmirdi, sadəcə bir az diskomfort var idi”.

Seçilən
31
msport.az

1Mənbələr