"Çelsi" klubu "transfer bazarında" aktiv olmağa davam edir.
Offsideplus.az xəbər verir ki, "zadəganlar" həm Xavi Simonsu, həm də Alexandro Qarnaçonu transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London təmsilçisi hazırda X. Simons üçün "Leyptsiq"lə danışıqlar aparır. Niderlandlı futbolçu "Çelsi"yə qoşulmağa hazırdır. Klubu da bu istəyindən xəbərdardır.
Qarnaço üçün isə aktiv danışıqlar getmir. Ancaq o da "zadəganlar" siyahısındadır.
Argentinalı futbolçu "Mançester Yunayted"dən ayrılsa, İngiltərədə qalmağı arzulayır.