AZ

Messi zədələndi, komandası qalib gəldi

BAKI. 3 avqust. TELEQRAF

ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi Meksika "Nekaksa"sına qarşı Liqa Kubokunun qrup mərhələsi matçında zədələnib.

Teleqraf xəbər verir ki, 38 yaşlı hücumçu 11-ci dəqiqədə əvəzlənib.

Argentinalı forvardın əvəzinə meydana Federiko Solari daxil olub.

Oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə "İnter Mayami" daha dəqiq olub - 5:4.

"İnter Mayami" növbəti matçını avqustun 7-də Meksikanın digər təmsilçisi "Pumas"a qarşı keçirəcək.

Seçilən
29
1
teleqraf.com

2Mənbələr