AZ

Britaniya XİN: Putin ciddi danışıqlara hazır deyil

​BAKI, 3 avqust. TELEQRAF

"Vladimir Putinin hələ də ciddi danışıqlara hazır deyil".

Teleqraf xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi deyib.

Onun sözlərinə görə, bu səbəbdən Ukraynadakı müharibənin yaxın bir il ərzində sona çatması real görünmür.

Nazir qeyd edib ki, Kreml rəhbəri hələ də "maksimalist və imperialist ambisiyalarını" davam etdirir.

"Ədalətli qiymətləndirməm odur ki, o hələ ciddi danışıqlara hazır deyil. Düşünürəm ki, bir il ərzində danışıqlar olacaq, amma sual budur: Rusiya bu danışıqları nə qədər ciddi qəbul edəcək?" –Lammi vurğulayıb.

O, həmçinin əlavə edib ki, Ukraynaya göstərilən dəstək (xüsusilə Böyük Britaniya, ABŞ və Avropa İttifaqı tərəfindən) Avropanın təhlükəsizliyi üçün əsas amil olaraq qalır.

Seçilən
20
teleqraf.com

1Mənbələr