AZ

"Sabah"ın futbolçusu iki turnirdə bombardirlər siyahısında

"Sabah"ın futbolçusu Coy Lens Mikels bu mövsüm avrokuboklarda iki turnirdə bombardirlər siyahısında yer alıb.

İdman.biz xəbər verir ki, almaniyalı vinger həm UEFA Avropa Liqası, həm də UEFA Konfrans Liqası təsnifat mərhələlərində ən məhsuldar oyunçular arasında qərarlaşıb.

"Selye" ilə səfər matçında het-trik edən Mikels Avropa Liqasında 3 qolla bombardirlər siyahısında yalnız iki futbolçudan geri qalır. Amma "Sabah" bu yarışda mübarizəni dayandırdığından 31 yaşlı futbolçu qol hesabını artıra bilməyəcək.

Azərbaycan kubokunun qalibi çıxışını Konfrans Liqasında davam etdirir və "Pekrokub" ilə oyunda da het-trik edən Mikels hazırda 3 qolla bu yarışın bombardirləri siyahısında dörd futbolçudan geri qalır. Nikolay Hansen ("Vikinqur", İslandiya) 6, Sander Svendsen ("Vikinq", Norveç) 5, Pavel Savitski ("Neman Qrodno", Belarus) və Dioqo Pinto ("Olimpiya", Sloveniya) hərəyə 4 qol vurublar.

İdman.biz

Seçilən
20
1
idman.biz

2Mənbələr