AZ

Tayvan 2026-cı ildə yeni zenit-raket komplekslərinin istehsalına başlayacaq

Tayvan 2026-cı ildən etibarən yeni nəsil Sky Bow IV zenit-raket komplekslərinin istehsalına başlayacaq.

APA xəbər verir ki, bu barədə Taipei Times qəzeti adanın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, ümumilikdə 122 ədəd texnikanın sifariş olunması nəzərdə tutulur. Onlardan 46-sı 2026-cı ildə, qalan 76-sı isə 2027-ci ildə Tayvan ordusuna təhvil veriləcək.

Qeyd olunur ki, komplekslər hava hədəflərinin, o cümlədən qanadlı və ballistik raketlərin 70 kilometrə qədər yüksəklikdə məhv edilməsi üçün nəzərdə tutulub.

Seçilən
27
3
apa.az

4Mənbələr