AZ

Tayvan 2026 cı ildə yeni zenit raket komplekslərinin istehsalına başlayacaq

ain.az, Apa.az saytına istinadən bildirir.

Tayvan 2026-cı ildən etibarən yeni nəsil Sky Bow IV zenit-raket komplekslərinin istehsalına başlayacaq.APA xəbər verir ki, bu barədə Taipei Times qəzeti adanın Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, ümumilikdə 122 ədəd texnikanın sifariş olunması nəzərdə tutulur. Onlardan 46-sı 2026-cı ildə, qalan 76-sı isə 2027-ci ildə Tayvan ordusuna təhvil veriləcək.

Qeyd olunur ki, komplekslər hava hədəflərinin, o cümlədən qanadlı və ballistik raketlərin 70 kilometrə qədər yüksəklikdə məhv edilməsi üçün nəzərdə tutulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
3
apa.az

4Mənbələr