AZ

Tovuzda 32 yaşlı qadını ilan sancdı

Tovuz sakinini ilan sancıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Xatınlı kəndində yerləşən əkin sahəsində baş verib. Rayon sakini 1992-ci il təvəllüdlü L.Quliyeva sahədə kartof yığan zaman ilan sancıb. O, xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata əsasən ilan sancan 32 yaşlı qadın əkin sahəsindən fəhlə kimi kartof yığmağa gəlib.

Qeyd edək ki, ötən həftədə Tovuz sakini əkin sahəsində ilan sancıb.

Tural Əhmədov

Seçilən
19
2
unikal.az

3Mənbələr