AZ

Mbappe zorlamada ittiham olunan futbolçunun müdafiəsinə qalxdı: Əşrəf qadınlara hörmət edir

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Fransalı ulduz futbolçu Kilian Mbappe PSJ-də birgə oynadığı və zorlamada ittiham olunan Əşrəf Hakiminin işində şahid qismində ifadə verib.

Oxu.Az xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb.

"Biz bu mövzunu tez-tez müzakirə edirik və ona çox həssas yanaşırıq. Birincisi, biz vəhşi deyilik. İkincisi, biz karyeramıza başlayanda belə ittihamlara özümüzü hazırlamışıq" - deyə K.Mbappe qeyd edib.

Fransız futbolçu vurğulayıb ki, Əşrəf Hakimi qadınlara hörmətlə yanaşır.

"Mən hətta Əşrəfi sərxoş olanda belə əxlaqdan kənar davrandığına şahidlik etməmişəm. Dostlarımdan da heç vaxt eşitməmişəm ki, Hakimi özünü tərbiyəsiz aparsın və ya sərhədi keçsin" - 26 yaşlı futbolçu deyib.

Qeyd edək ki, Ə.Hakimi zorlama iddiası ilə əlaqədar ittiham olunur. Hakiminin günahı sübuta yetirilərsə, onu 15 ilə qədər həbs cəzası gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
oxu.az

2Mənbələr