Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatında şənbə günü 3 bal gücündə zəlzələqeydə alınıb.
Trend xəbər verirki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Bergen qraflığının HasbrouckHeights bölgəsində olub. Zəlzələnin ocağı 10 km dərinlikdəyerləşib.
Zəlzələ Nyu-Yorkda da hiss olunub. Hazırda mümkün dağıntılar vəinsan tələfatı barədə məlumat verilməyib.
Nyu-York Fövqəladə Halların İdarə Edilməsi Departamenti sosialşəbəkədə yaydığı məlumatda hadisəni izlədiklərini və əhalini rəsmimənbələrdən gələn xəbərləri izləməyə çağırdıqlarını bildirib.