AZ

Döyüşlər gedir, ruslar bu məntəqəni işğal edə bilmir

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rus işğalçı qüvvələri bütün cəhdlərə baxmayaraq, Zaporojye vilayətinin Kamenskoye yaşayış məntəqəsində möhkəmlənmək iqtidarında deyil.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin deyib.

O qeyd edib ki, rus hərbçiləri Ukrayna bölmələrini yaşayış məntəqəsindən sıxışdırıb çıxarmağa çalışır, lakin buna nail ola bilmir.

Onun sözlərinə görə, Ukraynanın mövqeləri Kamenskoyenin şimal və şimal-şərq kənarlarında qalmaqda davam edir:

“Biz bu qəsəbəyə girən bütün bu qrupları məhv etməyə çalışırıq. Orada döyüşlər davam edir. Biz düşməni bu qəsəbədən geri sıxışdırmağa çalışırıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
axar.az

4Mənbələr