AZ

Boliviyada qızıl mədənində uçqun baş verib

Bakı. Trend:

Boliviyanın Potosi regionunda yerləşən açıq qızıl mədənində başvermiş uçqun nəticəsində 5 nəfər həlak olub.

Trend-inməlumatına görə, mədən dəniz səviyyəsindən 4000 metr yüksəklikdəyerləşir.

Yerli polis bildirib ki, hasilat zamanı qaya parçası insanlarınüzərinə düşüb, nəticədə faciə yaşanıb.

Rəsmi statistikaya əsasən, 2025-ci il ərzində Boliviyada mədənqəzaları nəticəsində ümumilikdə 73 nəfər həyatını itirib.

Seçilən
4
az.trend.az

1Mənbələr