AZ

Enmə zolağındakı ölü dövşan təyyarələrin hərəkətinə mane oldu

İstanbulun Sabiha Gökçen hava limanında apronda ölü dovşanı görən pilotlar təyyarələri uçuş-enmə zolağından yan keçirmək məcburiyyətində qalıblar.

Teleqraf xəbər verir ki, pilotlardan biri hadisə barədə Sabiha Gökçen Hava Limanının Hava Hərəkəti İdarəsinə məlumat verib. Ekipajlar daha sonra ölü dovşanı çıxarmaq üçün uçuş trafiğini tək uçuş-enmə zolağına endiriblər.

Uçuş zolağında ölmüş dovşan səbəbindən üç təyyarə uçuş-enmə zolağından yan keçmək məcburiyyətində qalıb.

Ekipajlar uçuş-enmə zolağını təmizlədikdən sonra uçuşlar normal vəziyyətə düşüb.

Seçilən
14
teleqraf.com

1Mənbələr