AZ

Bu gün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilir

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30,73 və 75-ci komissiyaya aid abituriyentlər üçün Musiqi ədəbiyyatıfənni üzrə test imtahanı keçirilir.

Trend xəbər verirki, imtahan Bakı şəhərində DİM-in Elektron imtahanlar korpusunda vəNaxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə elektron qaydada təşkilolunub.

DİM-dən bildirilib ki, Bakıda 111, Naxçıvanda isə 3abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanda iştirakçılara 30 qapalı tipli test tapşırığı təqdimolunur. Onlardan 10-u musiqi nümunələrinin təyin edilməsinə, 20-siisə Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının həyat vəyaradıcılığına, müxtəlif bədii üslublara və dövrlərə aid biliklərinyoxlanılmasına həsr edilib. Qiymətləndirmə 10 ballıq şkala üzrəaparılır.

İmtahan saat 16:00-da başlayır və 1 saat davam edəcək.Abituriyentlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahanbinasında olmalıdırlar. Binaya daxil olarkən şəxsiyyəti təsdiq edənsənəd və buraxılış vərəqəsi təqdim olunmalıdır. Şəxsiyyət vəsiqəsiolmayan şəxslər notarial təsdiqli surət, ümumvətəndaş pasportu,əcnəbilər üçün miqrasiya vəsiqəsi, qaçqın statusuna malik şəxslərisə qaçqın vəsiqəsi təqdim etməlidirlər. Sənədsiz abituriyentlərimtahana buraxılmayacaq.

İmtahan binasına mobil telefon, ağıllı saat, digər elektroncihazlar, konspekt, lüğət, çanta, məlumat kitabçası və xariciyaddaş qurğuları gətirmək və istifadə etmək qəti qadağandır.

Seçilən
13
7
az.trend.az

10Mənbələr