AZ

Türkiyədə 2000 illik inzibati mərkəz aşkarlandı

Türkiyənin qərbində arxeoloqlar Roma dövrünə aid olduqca yaxşı qorunmuş, fərqli memarlıq formasına malik bina aşkar ediblər.

 
Moderator.az xəbər verir ki, bu barədə "Arkeonews" yazır.
 
Alimlərin fikrincə, bura inzibati mərkəz və ya görüş yeri olub.
 
Laodikiyada tapılan bu tikili Roma hakimiyyəti dövründə şəhərin əsas inzibati və hüquqi mərkəzi rolunu oynayıb.
 
Binanı professor Cəlal Şimşəyin başçılıq etdiyi, Dənizli vilayətində çalışan arxeoloqlar qrupu aşkar edib.
 
Eramızdan əvvəl 1-ci əsrin sonlarına aid edilən bina eramızın 7-ci əsrinə qədər istifadə edilib. Tədqiqatçıların hesablamalarına görə, 17 sıra oturacaqda müxtəlif sosial təbəqələrin nümayəndələri də daxil olmaqla 600-800 nəfər əyləşə bilər. Oturacaqlardakı yazılar keçmiş məclis üzvlərinin adlarını açıqlayır ki, bu da şəhərin siyasi quruluşu haqqında ətraflı məlumat almağa imkan verir.
Seçilən
6
1
moderator.az

2Mənbələr