Bakı. Trend:
ABŞ-nin humanitar məqsədlə hazırladığı 60 min tondan artıq ərzaqyardımı dünyanın müxtəlif bölgələrində anbarlarda saxlanılır vəistifadəsiz qalıb.
Trend xəbər verirki, bu barədə “Washington Post” nəşri məlumat yayıb.
Məqalədə vurğulanır ki, bəzi məhsulların istifadə müddəti bitməküzrədir. Bu səbəbdən bu həftə yüzlərlə yardım qutusuna “məhv et”etiketi yapışdırılıb.
İtkinin əsas səbəbi kimi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAID) fəaliyyətində yaranmış məhdudiyyətlər göstərilir. Məsələn,Rod-Aylend ştatında dövlət tərəfindən maliyyələşdirilmiş, lakin heçyerə göndərilməyən təxminən 185 min qutu ərzaq anbarlarda qalıb.Onların ümumi dəyəri 75 milyon dollar civarındadır.