AZ

Rusiya NATO ilə müharibəyə 1 trilyon dollar ayırmağı planlaşdırır

Rusiya hakimiyyəti 2030-cu ilə qədər NATO ilə mümkün müharibəyə hazırlaşmaq məqsədilə hərbi yenidənsilahlanmaya təxminən 1,1 trilyon dollar xərcləməyi planlaşdırır.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məlumat verib.

 

Onun sözlərinə görə, bu proqramın ümumi dəyəri təxminən 1,1 trilyon dollar təşkil edir: "Əsas məqsəd Rusiyanı 2030-cu ilə qədər NATO ilə müharibəyə tam hazır vəziyyətə gətirməkdir. Bütün bu tədbirlər və büdcələr məhz bu məqsədə yönəlib".

Seçilən
15
1
senzor.az

2Mənbələr