AZ

İqor Ribeyro yaxın günlərdə “Neftçi”yə qoşulacaq

Bakı. Trend:

Braziliyalı müdafiəçi İqor Ribeyro yaxın günlərdə “Neftçi”nindüşərgəsinə qoşulacaq.

Trend xəbər verirki, daha əvvəl Bakı təmsilçisi ilə müqavilə imzalayan 28 yaşlıfutbolçu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində“Araz-Naxçıvan”ın heyətində Yunanıstanın “Aris” klubuna qarşıkeçirilən hər iki oyunda iştirak edib (2:1, 2:2).

Futbolçunun Konfrans Liqasının III təsnifat mərhələsində“Omoniya” ilə görüşlərədək komandadan ayrılacağı gözlənilir. Buməsələ ilə bağlı klublar arasında müzakirələr aparılıb.

Qeyd edək ki, Ribeyro Yunanıstandakı cavab görüşündə birbaşaqırmızı vərəqə aldığı üçün “Omoniya”ya qarşı ən azı bir oyunuburaxacaq. Onun qarşıdakı həftə “Neftçi” ilə məşqlərə başlayacağıehtimal olunur.

Xatırladaq ki, İqor Ribeyronun “Neftçi” ilə müqaviləsi 2026/27mövsümünün sonuna qədər qüvvədədir.

Seçilən
7
az.trend.az

1Mənbələr