AZ

Uranda bizi nə gözləyir?

BAKI, 3 avqust. TELEQRAF

Bəşəriyyət Günəş sistemindəki dörd qayalı planetdən ikisi olan Mars və Veneraya tədqiqat qurğularını uğurla endirə bilib. Amma Günəş sistemindəki bütün planetlərdə tətdiqat aparmaq heç də mümkün deyil.

Teleqraf "IFLScience"ə istinadən xəbər verir ki, hidrogen və heliumdan ibarət olan Yupiter və Saturn eniş cəhdi fəlakətlə nəticələ bilər.

Uran və Neptun da hidrogen və helium qabığı ilə örtülüb. Lakin astronomlar bu planetlərdə su, ammonyak və metanın yüksək təzyiqli maye halında olduğunu düşünürlər.

Fizik və astronom Dr Carol Hasvell bildirir ki, Uran və Neptunu buz nəhəngləri adlandırırlar, çünki su, ammonyak və metanın əmələ gəldiyi zaman bərk vəziyyətdə olduğuna inanılır.

"Bu planetlərin heç birinin enmək üçün möhkəm səthi yoxdur. Gördüyümüz xarici təbəqələr fırlanan qazlardır. Bununla belə, əgər siz planetə düşməyə başlasanız, nəhayət, möhkəm nüvəyə çatacaqsınız. Neptunun bərk səthi yoxdur. Onun atmosferi (əsasən hidrogen, helium və metan) böyük dərinliklərə qədər uzanır və tədricən "ərimiş buzlara" keçir".

Uranda da vəziyyətin oxşar olduğu güman edilir.

Beləliklə, siz Urana və ya Neptuna enməyə cəhd etsəniz, nəhayət qayalı nüvəyə çatacaqsınız. Amma o vaxta qədər siz mövcud olmayacaqsınız

Seçilən
5
teleqraf.com

1Mənbələr