AZ

Derbidə azarkeşlər arasında dava - VİDEO

İspaniyada "Las Palmas" və "Tenerife" arasındakı Teyde Kuboku uğrunda görüş zamanı komandaların azarkeşləri sərt münaqişəyə giriblər.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Kanar adaları derbisində 100-dək yerli azarkeş rəqib tribunaya tərəf gedərək, onlara yad əşyalar atmağa başlayıb.

İnsidentin qarşısını mühafizəçilər və polislər alıblar. Onlar vəziyyəti sakitləşdirərək, daha ciddi fəsadların yaşanmasına imkan verməyiblər.

Komandalar isə meydana leykemiyadan əziyyət çəkən balaca Eliasa dəstək vermək və beyin sümüyü donorluğunun vacibliyinə diqqət çəkmək məqsədilə meydana xüsusi futbolkalarda çıxıblar.

Oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Penaltilər seriyasında "Tenerife" 4:1 hesablı üstünlüklə kuboku qazanıb.

Seçilən
3
3
publika.az

4Mənbələr