AZ

Kamçatkada 562 il yatmış vulkan oyandı

BAKI. 3 avqust. TELEQRAF

Kamçatkada sonuncu dəfə 562 il əvvəl püskürən Kraşeninnikov vulkanı oyanıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun Kamçatka Vulkan Püskürmələrinə Reaksiya Qrupu (KVERT) məlumat yayıb.

Püskürmə 3 avqust Kamçatka vaxtı ilə saat 04:50-də, dəniz səviyyəsindən 3-4 kilometr yüksəkliyə çatan kül püskürmələri ilə başlayıb. Vulkanın özünün hündürlüyü iki kilometrdən azdır. Alimləri hesab edirlər ki, bu vulkandan lava axını sonuncu dəfə 15-ci əsrin ortalarında baş verib.

Kronotski qoruğunda bildirilib ki, sonradan kül püskürmələri dəniz səviyyəsindən 5-6 kilometr hündürlüyə qədər çatıb və qoruğun bir hissəsini kül çöküntüləri ilə örtüb. Davam edən aktivliyin alçaqdan uçan təyyarələrə təsir göstərə biləcəyi güman edilir.

Seçilən
52
teleqraf.com

1Mənbələr