Bakı. Trend:
Avqustun ortalarında ABŞ-də keçiriləcək Monterey AvtomobilHəftəsi çərçivəsində nadir və qeyri-adi tarixçəyə malik bir neçəhiperkar satışa çıxarılacaq.
Trend xəbər verirki, avtomobillər nüfuzlu "Bonhams" hərrac evində təqdim olunacaq.Satışa çıxarılan nəqliyyat vasitələri bu ilin yazında Las-Veqaspolisi tərəfindən fırıldaqçılardan müsadirə edilib.
Hərraca çıxarılacaq modellər arasında "Bugatti Divo", "BugattiChiron Super Sport", "Pagani Huayra R" və "Apollo Intensa Emozione"kimi avtomobil dünyasının ən nadir və bahalı nümunələri yeralır.
Ekspertlər avtomobillərin ümumi dəyərini təxminən 20 milyondollar olaraq qiymətləndirirlər.