AZ

"Sumqayıt"lılar dağlar qoynunda nə iş görür? - FOTOLAR

Növbəti mövsümə hazırlıqlarını Qəbələdə davam etdirən "Sumqayıt" növbəti məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, Sumqayıt təmsilçisi Qəbələdəki təlim-məşq toplanışı çərçivəsində avqustun 3-də "Şamaxı", avqustun 7-də isə "Qəbələ" ilə qarşılaşacaq.

"Sumqayıt" bu günə kimi iki yoxlama oyunu keçirib. "Kimyaçılar" "İmişli" ilə qolsuz heç-heçə edib, "Qəbələ"yə isə 0:1 hesabı ilə uduzub.

Bu gün keçirilən məşqdən fotoları sizin diqqətinizə çatdırırıq:

Seçilən
125
16
sportinfo.az

10Mənbələr