AZ

Tailand və Kamboca sərhəd məsələləri üzrə danışıqlara başlayır

Bakı. Trend:

Malayziya avqustun 4-dən 7-dək paytaxt Kuala-Lumpur şəhərindəTailand və Kamboca arasında sərhəd mübahisələrinin həllinə dairdanışıqlara ev sahibliyi edəcək.

Trend xəbər verirki, bu barədə məlumatı "The Straits Times" yayıb.

Malayziya Silahlı Qüvvələrinin yaydığı bəyanatda bildirilib ki,danışıqlar iyulun 28-də əldə olunmuş atəşkəs razılaşmasının birhissəsi olaraq keçiriləcək və məqsəd iki ölkə arasında sərhəd üzrəgərginliyi aradan qaldırmaqdır.

Bəyanatda qeyd olunur ki, danışıqlar çərçivəsində ASEANmüşahidəçi qrupunun sərhəd bölgəsinə yerləşdirilməsi məsələsi dəmüzakirə olunacaq. Məsləhətləşmələrə qədər Tailand və Kambocahərbçiləri arasında ilkin görüşün keçirilməsi planlaşdırılır.

Seçilən
14
1
az.trend.az

2Mənbələr