AZ

ABŞ-da meşə yanğınları "yanğın buludlarına" səbəb oldu

BAKI. 3 avqust. TELEQRAF

ABŞ-nin Yuta və Arizona ştatlarında, eləcə də Böyük Kanyon yaxınlığında baş verən meşə yanğınları pirokumulyativ buludlar kimi tanınan nəhəng “atəş buludları” yaradıb .

Teleqraf xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

Arizona ştatındakı yanğın baş vermiş meşəlik üzərində quru, güclü küləklər nəticəsində yeddi gün ardıcıl olaraq yüksək konveksiya buludları müşahidə olunur.
Bildirilir ki, “atəş buludları” gözlənilməz iqlim dəyişikliklərinə səbəb ola bilər.

Bu “atəş buludları” yanğının üstündəki havanın çox qızması və böyük tüstü topası kimi yüksəlməsi zamanı əmələ gəlir. Bu nəhəng buludları yüzlərlə kilometr məsafədən görmək olar .

Pirokumulyativ buludlar təhlükəli aşağı hava axını yarada bilər ki, bu da yanğınların sürətlə yayılmasına və tufanlara səbəb ola bilər.

Mütəxəssislər belə buludların tezliyinin artmasının iqlim dəyişikliyi ilə bağlı ola biləcəyini bildirirlər ki, bu da yanğın mövsümlərinin uzanmasına, quraqlıqlara və ekstremal hava hadisələrinə səbəb olur.

Seçilən
7
teleqraf.com

1Mənbələr