Avqustun 2-də axşam saatlarında Türkiyənin cənub-qərbində yerləşən Dənizli şəhərinə leysan yağışları yağıb. SİA xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb. Şəhərə yağan güclü yağış nəticəsində evləri, yeraltı keçidləri və iş yerlərini su basıb. İctimai nəqliyyat iflic vəziyyətinə düşüb. "Yağış gündəlik həyata və nəqliyyata mənfi təsir göstərib. YSE və Fatih yeraltı keçidləri su ilə dolub. Yeraltı keçiddə qalan avtomobillər yoldan keçənlərin və xilasedicilərin köməkliyi ilə xilas edilib", - telekanalın açıqlamasında deyilir. Güclü yağışlardan ən çox zərər çəkən isə Topraklıq rayonu olub. Orada yola su yığılıb, bəzi evləri və iş yerlərini su basıb. Türkiyəli sinoptiklər də Antalyada yağışla bağlı xəbərdarlıq ediblər. Bu kurort şəhərində güclü yağışlar səbəbindən Aralıq dənizində dalğaların hündürlüyü arta bilər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta