AZ

ABŞ də fırıldaqçılardan müsadirə edilən hiperkarlar hərraca çıxarılacaq

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Avqustun ortalarında ABŞ-də keçiriləcək Monterey Avtomobil Həftəsi çərçivəsində qeyri-adi tarixçəyə malik bir neçə nadir hiperkar satışa çıxarılacaq.

Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, "Bonhams" hərrac evində bu yaz Las-Veqas polisinin fırıldaqçılardan müsadirə etdiyi avtomobillər alıcılara təqdim olunacaq. Onların arasında "Bugatti Divo" və "Chiron Super Sport", "Pagani Huayra R" və "Apollo Intensa Emozione" modelləri də var.

Avtomobillərin toplam dəyəri təxminən 20 milyon dollar olaraq qiymətləndirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
3
oxu.az

4Mənbələr